“Beşiktaş” müdafiəçisi ilə yollarını ayırdı

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Beşiktaş” klubunda ayrılıq yaşanıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhəngi David Yuraşeklə
yollarını ayırıb. Klub bununla bağlı Türkiyə Futbol Federasiyasına
(TFF) məlumat yayıb.




Çexiyalı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq
əsasında xitam verilib.

Qeyd edək ki, “Beşiktaş” David Yuraşeki mövsümün əvvəlində “Benfika”dan icarəyə götürmüşdü. 25 yaşlı futbolçu “qara
qartallar”In heyətində meydana çıxdığı 17 rəsmi matçda qol və ya
məhsuldar ötürmə ilə yadda qalmayıb.