Bakı. Trend:
“Mançester Siti” müdafiə xəttini gücləndirmək üçün hərəkətə
keçib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in əsas hədəfi “Kristal
Pelas”ın və İngiltərə millisinin mərkəz müdafiəçisi Mark
Gehidir.
Məlumata görə, Mançester təmsilçisi artıq futbolçunun transferi
ilə bağlı ilkin danışıqlara start verib. Lakin 25 yaşlı
müdafiəçinin planları fərqlidir. Gehi yayda müqaviləsinin başa
çatmasını gözləyərək azad agent statusu ilə klubunu dəyişmək
niyyətindədir. Bu variant ona yeni komandası ilə daha sərfəli
maliyyə şərtləri əldə etmək imkanı yaradır.
Bu fonda London klubu Gehininin hazıkı transferindən gəlir əldə
etməyə maraq göstərir.

