“Zirə” Rumıniya klubu ilə heç-heçə etdi

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirib.

Trend xəbər
verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iə
üz-üzə gəlib.

Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. “Zirə”nin qollarını
10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isə
penaltidən Rövlan Muradov vurub.




“Zirə” qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. “Çiksereda” isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.

Qeyd edək ki, “Zirə” yanvarın 16-da Ukraynanın “Oleksandriya” və
Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.