Bakı. Trend:
Avropa Komissiyası İrana qarşı yeni, daha sərt sanksiyalar qəbul
etməyə hazırdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi
Paula Pinyu Brüsseldə keçirilən brifinqdə deyib.
O bildirib ki, yeni sanksiyalar əsasən İranda etiraz aksiyaları
zamanı yol verilən insan haqları pozuntularına fokuslanacaq.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda rəsmi məlumat verilmir.

