Böyük Britaniyada “X” platforması ilə bağlı rəsmi araşdırma başlanıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın media nəzarətçisi “Ofcom” İlon Maska məxsus “X” platformasında “Grok” süni intellekt aləti vasitəsilə
qadınların şəkillərini manipulyasiya edilməsi iddiaları ilə bağlı
rəsmi araşdırmaya başlayıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, qurum bu qərarı “X” platformasında “Grok” tərəfindən yaradılan çoxsaylı cinsi xarakterli görüntülərin
yayılması fonunda yaranan geniş ictimai və siyasi etirazlardan
sonra qəbul edib.




“Ofcom” “X”-i ölkədə qüvvədə olan Onlayn Təhlükəsizlik Qanunu
çərçivəsində araşdırır. Sözügedən qanun pozuntulara görə müxtəlif
sanksiyalar, o cümlədən ən ağır hallarda platforma və tətbiqlərin
Böyük Britaniyada faktiki olaraq qadağan edilməsi imkanını nəzərdə
tutur.