Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasının perspektiv inkişafı nəzərə
alınmaqla dayanıqlı su təminatı həyata keçiriləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış
və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair
2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2027-ci illərdə magistral su kəmərinin tikintisinə
başlanılması, tikinti işlərinin 50 faizinin tamamlanması və 10 km
magistral su kəmərinin tikintisinin tamamlanması
planlaşdırılır.

