
Bakı.Trend:
Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1264
mənzilli, 25 binadan ibarət “MİDA” MMC yaşayış kompleksinin təbii
qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki
şərtə əsasən “Şirvan Əhali” ölçü qovşağından qidalanan dimetri 530
mm-lik mövcud kollektora birləşdirilməsi məqsədilə əlaqədar 13
yanvar 2026-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək
Şirvan şəhərinin bir hissəsində (ümumi 4705 abonent) qaz
təchizatının daxildən dayandırılması planlaşdırılır.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz
təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.


