Bobsley yarışında ABŞ komandası qeyri-adi hadisə ilə üzləşib

Baş səhifə

Bakı. Trend:

İsveçrənin Sankt-Morits şəhərində keçirilən bobsley üzrə Dünya
Kuboku mərhələsində qeyri-adi və təhlükəli hadisə baş verib.

Trend xəbər verir
ki, ABŞ komandasının dörd nəfərlik ekipajının üç üzvü startdan
sonra boba vaxtında yerləşə bilmədikləri üçün ilk döngədə
bobsleydən yıxılıblar.




Onlardan birinin başı bora dəyib, digəri taxta konstruksiyaya
arxası ilə çırpılaraq trasdan kənara düşüb, üçüncüsü isə bobdan
yapışmağa çalışarkən kənara çıxıb.

Ekipajın pilotu isə təkbaşına finişə qədər hərəkətini davam
etdirib və marşrut boyu boba toxuna-toxuna yarışı başa vurub.