Google süni intellektin bəzi funksiyalarını deaktiv edib

Baş səhifə

Bakı. Trend:

“Google” şirkəti süni intellektin təqdim etdiyi tibbi
məlumatlarda səhvlər aşkarlandıqdan sonra bəzi axtarış nəticələrini
silib.

Trend xəbər verir
ki, bu barədə “Daily Afisha” məlumat yayıb.




Araşdırılan ən təhlükəli nümunələrdən biri “qaraciyər qan
analizləri üçün normal diapazon nədir?” sorğusu üzrə qeyri-dəqiq
məlumat olub. Süni intellekt istifadəçilərə kontekst olmadan, yaş,
cins, etnik mənsubiyyət və digər fərdi amilləri nəzərə almadan
yalnız bir sıra rəqəmlər təqdim edib.

Nəticədə “Google” qaraciyər sağlamlığı, xərçəng və ruhi
xəstəliklər də daxil olmaqla bir sıra tibbi sorğular üçün süni
intellekt xülasəsi funksiyasını deaktiv edib.