Rusiyanın Murmansk vilayətindəki neft bazasında 80 ton benzin sızıb

Baş səhifə
Rusiyanın Murmansk vilayətindəki neft bazasında 80 ton benzin sızıb

Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu sızıb.

“Report” xəbər verir ki, bu barədə region üzrə FHN-in Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“2026-cı il yanvarın 11-i axşam saatlarında Murmansk vilayəti üzrə Rusiya FHN-in Baş İdarəsinə Olenoqorsk şəhərində neft məhsullarının sızması barədə məlumat daxil olub. Neft bazasının ərazisində benzinin saxlandığı rezervuarla bağlı boru kəmərinin hermetikliyi pozulub. Nəticədə ərazidə təxminən 80 ton Aİ-95 markalı benzin axıb”, – deyə məlumatda qeyd olunur.

Qurumun məlumatına görə, yanacağın verilməsi operativ şəkildə dayandırılıb, neft məhsulu tutucu qurğularda saxlanılır.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.