Türkiyədə 12 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul-İzmir şosesinin Balıkesir vilayətindən keçən
hissəsində 12 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari
avtomobil qəzası baş verib.

Trend Türkiyə
mediasına istinadən xəbər verir ki, qəzada 1 nəfər ölüb, 10 nəfər
yaralanıb.




Yaralılar müalicə üçün təcili yardımla yaxınlıqdakı
xəstəxanalara aparılıblar. Qəza səbəbindən magistral yolda
nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə güclü yağış zamanı baş verib.