Alp dağlarında qar uçqunlarında 6 turist ölüb

Baş səhifə

Bakı. Trend:

Həftə sonu Alp dağlarında baş vermiş qar uçqunlarında 6 nəfər
ölüb.

Trend xəbər verir
ki, bazar günü baş vermiş uçqunlarda müxtəlif ölkələrdən 3 turistin
ölümü qeydə alınıb.




Bu gün təkcə Fransanın Savua departamentində 6 qar uçqunu qeydə
alınıb.

Alp regionunda şənbə günü də 3 turistin ölümü baş verib.
Beləliklə, son iki gündə Alp dağlarında 6 turist həyatını
itirib.