
Bakı. Trend:
“Mançester Yunayted” klubdaxili danışıqlardan sonra “Çelsi”nin
futbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib.
Trend “Footballtransfers”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”
klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno
Fernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.
London klubunun da ingilis futbolçunu satmağa hazır olduğu
bildirilir.
Bu mövsüm Palmer bütün yarışlarda 12 oyunda iştirak edib və dörd
qol vurub. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2033-cü ilin yayına
qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 120 milyon
avrodur.


