Bakı. Trend:
Avropa İttifaqı Suriyanın Hələb şəhərində və ətrafında hərbi
əməliyyatlara son qoyulması, mülki şəxslərin hər zaman qorunması və
humanitar yardıma daha asan çıxışın təmin edilməsinə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət
Xidmətinin rəsmi nümayəndəsi bildirib.
“Bütün tərəfləri elan edilən atəşkəsi tətbiq etməyə və siyasi
həll yolu tapmaq üçün təcili olaraq siyasi dialoqa qayıtmağa
çağırırıq”, – deyə bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, ölkə daxilində sabitliyə nail olmaq “bütün suriyalıların istəklərinə cavab verən davamlı və inklüziv
keçidin təmin edilməsində əsas elementdir”.

