ABŞ hərbi təyyarələri Suriyada İŞİD-in 35 hədəfinə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyada yerləşən
İŞİD terror qruplaşmasının 35 mövqeyinə zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” televiziya
kanalı xəbər verib.




Məlumata əsasən, Suriyada terrorçuların hədəflərinə edilən
hücumlarda 20-dən çox qırıcı təyyarə iştirak edib. Qeyd olunub ki,
ABŞ Hərbi Hava Qüvvələri hədəflərə təxminən 90 yüksək dəqiqlikli
mərmi atıb.

Qeyd edilib ki, İŞİD-ə qarşı əməliyyatda Amerika qırıcı
təyyarələri ilə yanaşı, Kral İordaniya Hərbi Hava Qüvvələrinə
məxsus təyyarələr də iştirak edib.