Pezeşkian: Bir sıra insanlar İranda xaos yaratmağa çalışırlar

Baş səhifə
Pezeşkian: Bir sıra insanlar İranda xaos yaratmağa çalışırlar

Bəzi insanlar İranda xaos və iğtişaş yaratmağa çalışır, amma xalq öz ölkəsini və sistemini dəstəkləyəcək.

“Report” İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Badr əl-Busaidi ilə görüşdə deyib.

Pezeşkian bildirib ki, ABŞ və İsrail regionda müharibə təhlükəsini əbədiləşdirmək, İslam dünyasında birliyin yaranmasının qarşısını almağı planlaşdırır.

Omanın xarici işlər naziri Badr əl-Busaidi qeyd edib ki, İran Oman üçün strateji tərəfdaşdır.