Bakı. Trend:
Ağdam rayonunda yol qəzası baş verib.
Trend-in yerli
bürosunun əldə etdiyi xəbərə görə, qəza rayonun Quzanlı qəsəbəsində
qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçən şəxsi
vurub. Qəza zamanı xəsarət alan şəxs təcili tibbi yardım avtomobili
ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır

