Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib

Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib.

“Report” xəbər verir ki, A qrupunda “Neftçi” “Şəki” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan matç “Neftçi”nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:81), “Sabah” isə NTD-ni (121:76) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.