Qara Dənizdə mülki gəmilərə hücum edilib – Kuleba

Baş səhifə

Bakı.Trend:

Ukrayna Rusiyanı Qara dənizdə mülki gəmilərə hücumda ittiham
edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin bərpa
məsələləri üzrə müavini Aleksey Kuleba öz rəsmi “Telegram”
kanalında yazıb.

Onun bildirdiyinə görə, Sent-Kits və Nevis bayrağı altında üzən
gəmi taxılın yüklənməsi üçün Çernomorsk şəhər dəniz limanına daxil
olan zaman Rusiyaya məxsus zərbəçi pilotsuz uçuş aparatının (PUA)
hücumuna məruz qalıb.




Odessa limanı yaxınlığında isə soya daşıyan Komor adalarının
bayrağı altında üzən yük gəmisinə hava hücumu olub.

Xatırladaq ki, bundan əvvəl yanvarın 8-də Qara dənizdə Palau
bayrağı altında üzən neft tankeri (Elbus) də hücuma məruz qalmışdı.
Gəmi Katamonudan 50 km aralıda yuxarı hissəsindən zədələnmişdi.
Zərbə nəticəsində ekipaj üzvləri arasında yaralanan olmamışdı.

Hələlik Rusiya tərəfindən bununla bağlı rəsmi açıqlama
verilməyib.