
Bakı.Trend:
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava
şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar,
Şahdağda qar yağır.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat
10:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Qaxda 5,
Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1
mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin
maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada
20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa,
Astarada 15 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda
duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək
məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8,
Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq
rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.


