“Liverpul” antirekordunu təkrarlayıb

Baş səhifə

Bakı. Trend:

“Liverpul” antirekordunu təkrarlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 21-ci
turunda “Arsenal”la 0:0 hesablı heç-heçə edən “Liverpul” klub
tarixində nadir göstərici ilə yadda qalıb.




“Opta Analyst” portalının “X” sosial şəbəkə hesabında yaydığı
məlumata görə, bu görüşdə mersisaydlılar qapı çərçivəsinə bir dəfə
də olsun zərbə endirməyib Sonuncu dəfə belə hal Premyer Liqa
matçında 16 il əvvəl – 2010-cu ilin martında “Uiqan”la matçda (0:1)
qeydə alınmışdı.

Hazırda “Liverpul” Premyer Liqanın turnir cədvəlində 4-cü
pillədə qərarlaşıb.