Hans-Diter Flik “Barselona”nın məşqini ləğv edib

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın cümə günü
keçirilməsi planlaşdırılan məşqini ləğv edib.

Trend xəbər verir
ki, alman məşqçi bu addımı oyunçulara qarşı yüksək fiziki tələblər
səbəbindən atıb.

Oyunçular tam məşq əvəzinə oteldə yüngül məşq keçiriblər.




“Barselona”nın tam məşqi şənbə günü keçiriləcək. Qeyd edək ki,
klub əvvəlki gün İspaniya Superkubokunun finalına vəsiqə qazanmaq
üçün “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.

Turnirin final oyunu 11 yanvarda “Barselona” ilə “Real Madrid”
arasında baş tutacaq.