Venesuela və ABŞ səfirliklərin açılmasını müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması
imkanlarını araşdırır.

Trend xəbər verir
ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes “Venezolana
de Televisión” kanalına müsahibəsində bildirib.

Rodriqes Venesuelanın Xarici İşlər Nazirliyinin daha əvvəl
yaydığı bəyanata istinad edərək bildirib ki, “Venesuela və ABŞ iki
ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır”. O
vurğulayıb ki, ölkə Bolivar sülh diplomatiyasına sadiq qalaraq
Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhünü
qoruyacaq.




Vitse-prezident əlavə edib ki, respublika “Venesuela Prezidenti
Nikolas Maduronun və Birinci xanım Siliya Floresin geri qayıtmasını
təmin edəcək bir yol seçib” və bu yolu strateji səbir, qətiyyət,
sonsuz sədaqət və xalqına dərin sevgi ilə davam etdirir.

Qeyd edək ki, Venesuela 2019-cu ilin yanvarında ABŞ ilə
diplomatik əlaqələri kəsmişdi.