Bakı. Trend:
ABŞ hökuməti müvəqqəti Venesuela hökuməti ilə əməkdaşlıq
çərçivəsində daha bir neft tankerini saxlayıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial
şəbəkəsində məlumat verib.
Tramp bildirib ki, ABŞ müvəqqəti Venesuela hökuməti ilə
koordinasiyalı şəkildə, Vaşinqtonun icazəsi olmadan Venesuelanı
tərk edən neft tankerini saxlayıb.
“Bu gün ABŞ müvəqqəti Venesuela hökuməti ilə koordinasiyalı
şəkildə bizim icazəmiz olmadan Venesuelanı tərk edən bir neft
tankerini saxlayıb. Tanker hazırda Venesuelaya qaytarılır və neft
bu cür satışlar üçün hazırladığımız böyük enerji müqaviləsi
çərçivəsində satılacaq”, – deyə Tramp qeyd edib.

