
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyaya ehtiyacları olan
bütün nefti sata biləcəyini açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə o, Ağ Evdə neft şirkətlərinin rəhbərləri
ilə görüşdə bildirib.
Tramp qeyd edib ki, Venesuelanın neft satışlarına nəzarətdən
sonra bu ölkələrlə də əməkdaşlığa açıqdır.
“Çin və Rusiya ABŞ-dən istədikləri bütün nefti ala bilər”, –
deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ Venesuelanın neft hasilatına nəzarəti ələ
keçirməsə, bunu Çin və Rusiya edə bilər.

