
Bakı. Trend:
Vaşinqton administrasiyası Amerika neft şirkətlərinin
Venesuelaya ən azı 100 milyard dollar sərmayə qoymasını gözləyir və
onların təhlükəsizliyini təmin edəcək.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, “Nəhəng neft şirkətlərimiz hökumətdən deyil, öz
pullarından ən azı 100 milyard dollar xərcləyəcəklər. Onların
dövlət puluna ehtiyacı yoxdur, amma dövlətin müdafiəsinə
ehtiyacları var. Onların təhlükəsizliyi təmin etmək üçün hökumətə
ehtiyac var”.
Tramp əlavə edib ki, neft şirkətləri gücü və zəruri
infrastrukturu bərpa etmək üçün ən azı 100 milyard dollar
xərcləməyi planlaşdırırlar və ABŞ-nin köməyi ilə Venesueladakı
şirkətlərin təhlükəsizliyi təmin olunacaq.


