Nərimanovda avtomobildə yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində avtomobildə
yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BYD” markalı
minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, digər
hissələri isə mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.