“Yuventus”da dekabr ayının ən yaxşı futbolçusu bəlli olub

Baş səhifə

Bakı. Trend:

“Yuventus” klubunda dekabr ayının ən yaxşı futbolçusunun adı
açıqlanıb.

Trend xəbər verir
ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat
yayıb.




Səsvermənin nəticələrinə əsasən, Türkiye millisinin üzvü Kenan
Yıldız ötən ayın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, gənc hücumçu “Yuventus”un heyətində iştirak etdiyi
beş rəsmi oyunda iki qol və iki məhsuldar ötürmə ilə yadda
qalıb.