“Barselona”nın qapıçısı La Liqada klubunu dəyişə bilər

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunu
dəyişməyə yaxındır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




“Jirona” almaniyalı qolkiperi icarəyə götürmək istəyir. Klublar
arasında danışıqlar müsbət istiqamətdə davam edir. Keçid baş tutsa, “Jirona” 33 yaşlı “əlcək sahibi”nin maaşının cüzi hissəsini
ödəyəcək.

Qeyd edək ki, “Barselona” Mark-Andre ter Ştegeni 2014-cü ilin
yayında Münhenqladbax “Borussiya”sından transfer edib.