Böyük Britaniyada 60 minə yaxın ev işıqsız qalıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada “Goretti” qasırğası ilə əlaqədar minlərlə
insan ciddi çətinliklərlə üzləşib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, Midlend bölgəsində, ölkənin cənub-qərbində və
Uelsdə təxminən 60 min ev elektrik enerjisiz qalıb. Güclü qar və
külək səbəbindən 250-dən çox məktəb bağlanıb. Onların 150-dən çoxu
Aberdinşirdə, onlarla məktəb Haylend bölgəsində və Aberdində, bir
neçəsi isə Moray ərazisində yerləşir.

Mövcud vəziyyətlə bağlı nəqliyyatda ciddi problemlər yaranıb.
“West Midlands Railway” bütün qatar reyslərini dayandırdığını
açıqlayıb. “British Airways” isə Londonun Hitrou hava limanından
planlaşdırılan 25 uçuşu ləğv edib, 27 reysin isə ölkəyə gəlişi
təxirə salınıb.