
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq
toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.
Trend xəbər verir ki,
“ağ-qaralar” Qazaxıstanın son çempionu “Kayrat” ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə
yekunlaşıb. Qolları Ağadadaş Salyanski, Vensan Abubakar və Murad
Məmmədov vurublar.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 oyun
keçirəcək. Bakı klubu yanvarın 13-də “Piramids” (Misir), 16-da isə
“Çendu Ronqçenq” (Çin) klubları ilə üz-üzə gələcək.

