Tramp “Marinera” tankerinin saxlanılmasını şərh edib

Baş səhifə

Bakı. Trend:

Atlantik okeanında amerikalı hərbçilər tərəfindən saxlanılan
Rusiya bayrağı altında üzən “Marinera” tankerini Rusiya gəmiləri
müşayiət etsə də, onlar Birləşmiş Ştatlara “baş qoşmamağa” qərar
verdilər və çıxıb getdilər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp
yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.




“Bilirsiniz, biz ora çatmış Rusiya yük gəmisini ələ keçirdik …
Orada onu qoruyan rus gəmiləri də var idi. Onlar bizə “baş
qoşmamağa” qərar verdilər və biz həmin gəmini ələ keçirdik. İndi
onlar gəmidən nefti boşaldırlar,” – Tramp bildirib.

Qeyd edək ki, “Marinera” tankeri yanvarın 7-də Atlantik
okeanının şimalında saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasını
keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında
üzüb. Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağı
altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində
Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.