Yaponiyanın müdafiə naziri ABŞ-yə səfər edəcək

Baş səhifə
Yaponiyanın müdafiə naziri ABŞ-yə səfər edəcək

Yaponiya müdafiə naziri Sindziro Koidzumi 12-18 yanvar tarixlərində ABŞ-yə səfər edəcək.

“Report” “Japan times”a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı bildirib.

“Pentaqon rəhbəri Pit Heqsetlə görüşüm zamanı təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etmək niyyətindəyəm”, – o qeyd edib.

Müdafiə Nazirliyinin saytında Koidzuminin dərc etdiyi səfər proqramına əsasən, o, yanvarın 12-də Hind-Sakit okean komandanlığını ziyarət edəcək və Honoluluda müdafiə festivalında çıxış edəcək. Daha sonra o, Los-Ancelesə gedəcək, orada müdafiə sənayesi nümayəndələri ilə görüşməyi planlaşdırır, sonra isə Heqsetlə danışıqlar üçün Vaşinqtona gedəcək.

ABŞ və Yaponiya müdafiə nazirlərinin görüşü yanvarın 15-nə planlaşdırılıb.