
Bakı. Trend:
Ukrayna, Rusiya ordusunun “Oreşnik” raket kompleksi ilə Lvov
vilayətinə raket zərbələri endirməsi ilə əlaqədar Birləşmiş
Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili
iclasının keçirilməsinə dair çağırış edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri
Andrey Sibiq öz rəsmi “Facebook” səhifəsində yazıb.
“Rusiya iddia edir ki, Lvov vilayətinə ortamənzilli
ballistik raket, yəni “Oreşnik”dən istifadə edib”, – deyə ukraynalı
nazir yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın
ərazilərə endirilmiş zərbələr Avropa qitəsi üçün ciddi təhlükə
yaradır. Sibiqa Rusiyanın hərəkətlərinə qəti cavab verilməsini
tələb edib.


