“Yuventus” sabiq baş məşqçisi ilə olan müqaviləni ləğv etdi

Baş səhifə

Bakı. Trend:

“Yuventus” və İqor Tudor rəsmi olaraq müqaviləni ləğv
ediblər.

Trend xəbər verir ki,
oktyabrda istefaya göndərilən məşqçi artıq klubla heç bir öhdəliyə
bağlı deyil və xarici klublarla müqavilə imzalaya bilər. Lakin
Tudor bu mövsümdə “Yuventus”u çalışdırdığı üçün Serie A-da işləyə
bilməyəcək. Məşqçinin müqaviləsi 2027-ci ilə qədər nəzərdə
tutulmuşdu.




Qeyd edək ki, oktyabrın sonunda “Yuventus”un baş məşqçisi kimi
Luçano Spaletti təyin olunub.