
Bakı. Trend:
Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, yeraltı
təkanlar paytaxt Düşənbə sakinləri tərəfindən bir neçə saniyə
ərzində zəif şəkildə hiss olunub.
Zəlzələnin episentri Tacikistanın şərqində yerləşən Dağlıq
Bədəxşan Muxtar Vilayətinin ərazisində olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

