
Almaniya kansleri Fridrix Merz atəşkəsdən sonra ölkəsinin Ukraynada mümkün çoxmillətli qüvvələrdə iştirakına dair qərarın zərurət yarandığı halda Bundestaq tərəfindən təsdiqlənməli olduğunu bildirib.
APA xəbər verir ki, kansler bunu
Bununla yanaşı, o, hazırda bu məsələ ilə bağlı parlamentdən mandat istəmək üçün əsas görmədiyini qeyd edib.
Merz mətbuat konfransında Almaniyanın təhlükəsizlik zəmanətləri təqdim etməyə, o cümlədən Bundesver vasitəsilə buna hazır olduğunu deyib.
Onun sözlərinə görə, bu istiqamətdə nə dərəcədə irəliləməyin mümkün olacağı təkcə kanslerdən asılı deyil və bunun üçün Almaniya hökumətinin qərarı tələb olunur.
Merz əlavə edib ki, müəyyən mərhələdə Bundestaqın da mandatına ehtiyac yarana bilər, lakin hazırda bu mərhələyə hələ uzaqdır.


