Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Baş səhifə

Bakı. Trend:

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi
20 km/saat endirilib.

Trend xəbər verir ki, bu
barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat
yayıb.




Bildirilir ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava
şəraiti ilə əlaqədar məlumat-sürət tablolarında dəyişiklik
edilib.

Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı
işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl
etmələri xahiş edilir.