Fərid Qayıbov: “Güləş Azərbaycan üçün vacib idman növüdür”

Baş səhifə
Fərid Qayıbov: Güləş Azərbaycan üçün vacib idman növüdür

Güləş Azərbaycan üçün vacib idman növüdür.

“Report” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

O, ölkədə güləşin inkişaf etdiyini söyləyib:

“Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı da vurğulayıb. İdmançılarımız ənənəvi olaraq Avropa və dünya çempionatlarında bizi öz medalları ilə sevindirirlər. ​İ məhz Azərbaycan çempionatı ilə başlayır.

​İnanıram ki, bu çempionatda biz yeni ulduzların adlarını biləcəyik. ​İdmançılarımız ciddi hazırlaşıblar və bizi maraqlı görüşlər gözləyir”.

Qeyd edək ki, Azərbaycan çempionatı yanvarın 11-nə qədər davam edəcək.