Bakı. Trend:
Norveçdə dənizdəki neft və qaz hasilatının 2026-cı ildə stabil
qalacağı gözlənilsə də, sonrakı illərdə kəskin azalma
proqnozlaşdırılır.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Norveç Dəniz İdarəsi
məlumat yayıb.
Məlumata görə, investisiyaların 6,6% azalması hasilatın
yavaşlamasına və bu onilliyin sonuna doğru tənəzzülə səbəb olacaq.
Hasilatın 2027-ci ilə qədər sabit qalsa da, sonrasında enməyə
başlayacağı gözlənilir. Proqnozlara əsasən, Norveçin gündəlik
hasilatı bu il təxminən 4,1 milyon barel neft ekvivalenti (boed)
səviyyəsində olsa da, 2030-cu ilə qədər bu rəqəmin 3,5 milyona
düşəcək.
İnflyasiyaya uyğunlaşdırılmış hesablamalara görə, 2026-cı ildə
neft və qaz sektoru üzrə xərclər 256 milyard Norveç kronuna (25,5
milyard dollar) düşəcək, 2030-cu ildə isə bu rəqəm 209 milyard kron
olacaq – bu da ötən illə müqayisədə 24% azalma deməkdir.
Layihə həcmlərinin kiçilməsi artıq təchizatçı şirkətlərə təsir
göstərib və bəzi müəssisələrin ixtisarı başlayıb.

