Zelenski Fransa danışıqlarının nəticələrini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransada apardığı
danışıqların nəticələri barədə məruzə edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir
Zelenski öz “Telegram” kanalında bildirib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənəd
ABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədə
yekunlaşdırılmağa faktiki olaraq hazırdır”, – deyə o yazıb.




Ukrayna liderinin sözlərinə görə, ölkə Avropa və Amerika
komandalarının fəaliyyətini birləşdirməyə nail olub və birgə
şəkildə, o cümlədən Ukraynanın bərpası və iqtisadi inkişafı ilə
bağlı sənədlər müzakirə olunub

O qeyd edib ki, münaqişənin başa çatdırılması üçün əsas
çərçivəyə daxil olan mürəkkəb məsələlər də müzakirə olunub və
Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları
təqdim edib.