
Bakı.Trend:
Yanvarın 9-da Ağdərə rayon, Çıldıran, Aşağı Oratağ, Heyvalı və
Çapar kəndlərinə ilk köç olacaq.
Trend-in
məlumatına görə, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşanlar 11:30-da kəndlərə yola
salınacaqlar.
Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin
sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror
əməliyyatı nəticəsində azad olunub.


