Bakı.Trend:
Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə
Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin
olunub.
Trend xəbər
verir ki, S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə
Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası
üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil
alıb.
2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif
vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin
müdiri vəzifəsində işləyib.
S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

