NASA astronavtlarını BKS-dən çıxara bilər

Baş səhifə

Bakı. Trend:

NASA, “Crew-11” missiyasının ekipaj üzvlərindən birində səhhət
probleminin yaranmasından sonra heyəti Beynəlxalq Kosmik
Stansiyadan (BKS) vaxtından əvvəl geri qaytara bilər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Missiyalarımızın təhlükəsiz icrası bizim üçün ən yüksək
prioritetdir və biz “Crew-11” missiyasının vaxtından əvvəl başa
çatdırılması ehtimalı da daxil olmaqla bütün variantları fəal
şəkildə nəzərdən keçiririk”,- deyə NASA-nın bəyanatında qeyd
olunub.




Bundan əvvəl NASA mətbuat açıqlaması yayımlayaraq ekipaj
üzvlərindən birinin səhhətində problem yarandığına görə yanvarın
8-nə planlaşdırılan açıq kosmosa çıxışın təxirə salındığını
bildirmişdi.

Daha əvvəl isə “Northrop Grumman” şirkətinə məxsus yeni “Cygnus
XL” kosmik yük gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə
birləşdirilməsi mühərrikdə yaranmış nasazlıq səbəbindən
qeyri-müəyyən müddətə təxirə salınmışdı.