Bakı. Trend:
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi nəticəsində 100 nəfər
həyatını itirib və bir o qədər də yaralı var.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Venesuela daxili işlər naziri
Diosdado Kabello açıqlama verib.
Onun sözlərinə görə, yaralılar arasında qadınlar da var.
“Ölkəmizə qarşı hücum dəhşətli idi – bu doğrudur, bu bir faktdır
və bunu heç kim gizlədə bilməz. İndiyədək 100 nəfər ölüb və bir o
qədər də yaralı var. Venesuela xalqı nəcib və cəsur bir
xalqdır.”
ABŞ-nin son dərəcə güclü bombalarından istifadə etməsi
nəticəsində mülki şəxslərin də həyatını itirdiyini bildirən
Kabello, basqın zamanı dövlət başçısı Nikolas Maduronun həyat
yoldaşının başından, Maduronun isə ayağından yaralandığını qeyd
edib.

