
Bakı.Trend:
Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı naməlum şəxslər 26 yaşlı
zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul
kisəsini soyğunçuluqla talayıblar.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac
Ruşanov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

