
Bakı. Trend:
Xəzər rayonunda sürücünün həyatını itirməsi ilə nəticələnən qəza
baş verib.
Trend-in
məlumatına görə, hadisə yanvarın 7-si saat 08:00-da baş verib.
Belə ki, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əliyev Cavidan
Güləli oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı şəhəri,
Xəzər rayonu, Qala qəsəbəsində hərəktədə olarkən yolun kənarında
dayanmış “Uaz” markalı avtomobilə çırpılaraq aşması nəticəsində
C.G.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır.

