Bakıda piyada ölümü ilə nəticələnən qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Bakıda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, hadisə yanvarın 8-i saat 07 radələrində baş
verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Səlim Etibar oğlunun idarə
etdiyi “Mercedes Benz e400” markalı avtomobildə Bakı şəhəri,
Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il
təvəllüdlü Rəsulova Afaq Fikrət qızını vurub.




Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən Sabunçu Tibb
Mərkəzində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2.-ci maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır.