“Qalatasaray” Bernardu Silvanı heyətinə qatmaq istəyir

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” futbol klubu İngiltərənin “Mançester
Siti” komandasında çıxış edən yarımmüdafiəçi Bernardu Silvanın
transferi ilə maraqlanır.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.




Məlumata əsasən, İstanbul təmsilçisi artıq portuqaliyalı
futbolçu ilə ilkin danışıqlara start verib.

31 yaşlı oyunçunun “Mançester Siti” ilə müqavilə müddəti bu yay
başa çatır. “Bavariya”dan Leroy Saneni azad agent statusunda
heyətinə qatdıqdan sonra “Qalatasaray”ın Bernardu Silvanı da oxşar
şəkildə transfer etməyi planlaşdırdığı bildirilir.