Minneapolisdə ICE agenti qadını öldürməsindən sonra etirazlar başlayıb

Baş səhifə
Minneapolisdə ICE agenti qadını öldürməsindən sonra etirazlar başlayıb

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində İmmiqrasiya və gömrük polisi (ICE) agentlərinin avtomobili idarə edən qadını güllələyib öldürməsindən sonra etirazlar başlayıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd olunur ki, etirazçılar hadisənin baş verdiyi ərazidən polis və İCE agentlərini sıxışdırırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qartopu atır və xidməti maşınlarına yumruq vururlar. İştirakçılardan biri Amerika bayrağını yandırıb.